"Bütün bunlar Prezidentdən bizə çox böyük hədiyyə oldu" - Mixail Qusman
“Biz Prezidentin problemləri necə bildiyini, onun problemləri necə dərindən tədqiq etdiyini hər zaman bilirdik. Lakin bugünkü söhbət son dərəcə inanılmaz oldu. Bütün mövzular – həm beynəlxalq, həm daxili, həm Ermənistan ilə sülh müqaviləsinin bağlanması ilə əlaqədar Azərbaycan üçün ən aktual problemlər, ölkənin inkişafı ilə bağlı strateji məsələlər, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının lideri kimi mövqeyi əhatə olunub. Bütün bunlar Prezidentdən bizə çox böyük hədiyyə oldu. Bu, eyni zamanda, forum üçün güclü impulsdur”, - deyə M.Qusman diqqətə çatdırıb.
O vurğulayıb ki, forumun işinin davam etdiyi növbəti iki gündə hamımız Prezident İlham Əliyev ilə görüşdən ruhlanacağıq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


