Cəlal Qurbanov: “Şəhid övladları üçün Vətən atadır!” - Fotolar+Video

 Cəlal Qurbanov:   “Şəhid övladları üçün Vətən atadır!” -  Fotolar+Video
  22 İyul 2023    Oxunub:3114
“Yayın qəhrəmanları” olan şəhid övladları əyləncəli görüntülərlə yadda qaldılar. “Fireland Production”un “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində daha bir tədbir şəhid övladlarına həsr olundu.
Qeyd edək ki, son 2 ildə “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 20- dən çox tədbir keçirilmiş, 2500-ə yaxın şəhidin əmanəti bu silsilədən olan tədbirlərə dəvət edilmişdir. Bütün tədbirlər şəhid yaxınlarının, ictimai, siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin iştirakı ilə Şuşa Şəhər Dövlət Qoruğu, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, DreamLand Golf Club, Heydər Əliyev Mərkəzinin qarşısı kimi önəmli məkanlarda təşkil olunmuşdur.



Yay mövsümündə şəhid övladlarının asudə vaxtını əyləncəli və yaddaqalan etmək üçün “Fireland production” və “Abşeron Marina Beach” istirahət məkanın birgə təşkil etdiyi tədbirdə 250 nəfərdən çox şəhid əmanətinin 1 günlük istirahət proqramı həyata keçirilib. Tədbirə tanınmış komediya ustası, aktyor Nicat Rəhimov, məşhur ifaçılar Zamiq Hüseynov, Mirələm Mirələmov, tanınmış repçi Promete, DJ Kənan dəvət edilib, populyar sənətçilər şəhid övladlarını həm əyləndirib, həm də onların əyləncəsinə qoşulublar. Daha sonra çimərlikdə oyunlar oynayıb, sərinlənən uşaqlar hava lampalarını dəniz üzərindən göyə buraxaraq atalarının ruhlarını yad ediblər. Tədbirin sonunda 17 şəhid övladının ad günü qeyd edilib, onların hər biri üçün özəl hazırlanmış tort və hədiyyələr təqdim olunub.



Tədbirin təşkilatçıısı, AYB-nin üzvü Cəlal Qurbanov şəhid övladları ilə keçirilən günü belə dəyərləndirib:
“Bu silsilədən tədbirlərimiz çox olub. Hər zaman dövlət qurumlarının, xüsusilə Daxili İşlər Nazirliyinin, Turizm Agentliyinin, Heydər Əliyev Fondunun dəstəyini hiss etmişik.
Məqsədimiz çox sadədir – üstündə gəzdiyimiz torpağın azadlığını, təhlükəsizliyini kimlərə borclu olduğumuzu unutdurmamaq... Cənab Ali Baş Komandan İlham Əliyevin müzəffər ordusunun Vətən üçün canından keçən şəhidləri bizə əsl sevgi dərsi keçdilər. Biz onlardan öyrəndiklərimiz saf və təmannasız sevgi borcunu şəhidlərimizin övladlarına qaytarmaq üçün çalışırıq. Bu səmimi,pak, agıllı balalar əlimizi bir an belə buraxmayaraq, bizə sanki bir vətəndaş kimi öz məsuliyyətlərimizi xatırladırlar. Şəhid övladlarına xoşbəxt həyat miras etməliyik. Bu onların atalarının haqqıdır. 100-dən artıq şəhid övladı ata qucağı görmədən dünyaya gəlib. Həmişə “ Ana Vətən” deyirik, amma şəhid övladları üçün Vətən atadır. Bu gün gözəl Azərbaycanımızın dəniz sahilində onlarla bərabər mən də uşaqlığıma qayıtdım. Fərqimiz onların uşaqlığının atasız keçməsidir. Mən bir günlük də olsa komandamız və dostlarım, eləcə də könüllülərlə bərabər onların bu sevgi boşluğunu doldurmağa çalışdım. Mən bütün layihələrimiz boyunca bizə dəstək verən, tədbirlərimizdə ürəklə iştirak edən hər kəsə təşəkkür edirəm. Şəhid əmanətlərinə qarşı borcluluq duyğumuz bizi bu layihələrdə bir araya gətirir”.

































AzVision.az


Teqlər:



Xəbər lenti