Yerli turistlər Zaqatala dağlarında itkin düşdü

Yerli turistlər Zaqatala dağlarında itkin düşdü
  24 İyul 2023    Oxunub:961
Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib. Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti