İki avtobus toqquşub, 4 nəfər xəsarət alıb

İki avtobus toqquşub, 4 nəfər xəsarət alıb
  24 İyul 2023    Oxunub:926
Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az -a verilən xəbərə görə, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti