Mobil telefon oğruları saxlanıldılar
İyulun 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şəmkir rayon sakini Ə.Abbasovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Sirac Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də Keşlə qəsəbəsi ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd, iyulun 21-də M.Ağayev küçəsində “Ravon” markalı avtomobildən pul və mobil telefon, iyulun 22-də paytaxt sakini A.Quliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Yalçın Şirəliyev, Famin Hacıyev və Bərdə rayon sakini Hümmət Əliyev saxlanılıblar.
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də F.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Məmmədov saxlanılıb.
Araşdırmalar aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


