İlon Mask “Tviter”in loqosunu dəyişdi - FOTO

   İlon Mask “Tviter”in loqosunu dəyişdi -    FOTO
  24 İyul 2023    Oxunub:1204
“Tviter” sosial şəbəkəsində ağ fonda mavi quşu əvəz edən X hərfi şəklində yeni loqo var.
AzVision.az xəbər verir ki, sosial şəbəkədəki rəsmi “Tviter” hesabının da adı dəyişdirilib. Hesab avatarı qara fonda ağ X hərfi ilə dəyişdirilib.

Yeni loqo sosial şəbəkənin yükləmə səhifəsində və veb versiyada əsas səhifədə göstərilir. Eyni zamanda, sosial şəbəkə hələ də “Tviter” adlanır və x.com domeni istifadəçiləri avtomatik olaraq “Tviter” saytına yönləndirir.

Xatırladaq ki, iyun ayında sosial şəbəkənin sahibi İlon Mask “Tviter”in adını X olaraq dəyişmək planlarını açıqlamışdı.

Mask öz səhifəsində yeni loqonun proyeksiyası ilə şirkətin baş ofisinin fotosunu yerləşdirib.




AzVision.az


Teqlər:



Xəbər lenti