Dənizdə batan yeniyetmələrdən daha birinin meyiti tapıldı

   Dənizdə batan yeniyetmələrdən daha birinin meyiti tapıldı
  24 İyul 2023    Oxunub:1162
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan ikinci yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Bu barədə AzVision.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 2008-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin ərazidə batdığı ehtimal olunan üçüncü şəxsin axtarışları davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti