Daha 43 mina aşkarlanıb

Daha 43 mina aşkarlanıb
  24 İyul 2023    Oxunub:905
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan APA-ya bildirilib ki, iyulun 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl, Laçın və Zəngilanda 28 piyada, 15 tank əleyhinə mina, 68 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 227, 23 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

AzVision.az


Teqlər:



Xəbər lenti