Daha 19 ailə Laçına yola salınıb

   Daha 19 ailə Laçına yola salınıb
  25 İyul 2023    Oxunub:856
İyulun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.
AzVision.az xəbər verir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısı İlham Əliyevin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti