Qoca Səmədov azadlığa buraxıldı
Məlumatı onun vəkili Elnur Vəliyev təsdiqləyib. Vəkil bildirib ki, müvəkkili xəstəliyi ilə bağlı vaxtından əvvəl cəzadan şərti olaraq azad olunub.
Xatırladaq ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə 5 il 9 aya endirib.
AzVision.az
Teqlər: QocaSəmədov







Vaxtında, Aydın, Lazımlı!


