Azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, hadisə baş verən sahə əvvəllər xəstəxananın isitmə qurğuları üçün torpağın altında tikilmiş mazutun saxlandığı yer olub. 2012-ci ilin mart ayında “Real” mənzil-tikinti kooperativi tərəfindən xəstəxanada əsaslı təmir işləri aparılarkən həmin ərazinin üst hissəsinə torpaq tökülərək yaşıllıq zolağı salınıb. Qeyd edilən tarixdə Ə.Babazadə anası ilə xəstəxanaya gəlmiş və orada oynayarkən yaşıl ot örtüyü çökdüyündən o, içərisində mazut olan yerə düşüb boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.