Ər-arvadı maşın vurub öldürdü

Ər-arvadı maşın vurub öldürdü
  05 İyun 2014    Oxunub:1106
Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 4-də saat 10:55 radələrində Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakinləri - 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi «Volvo» markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub, nəticədə T.Nəcəfov hadisə yerində ölüb. Z. Nəcəfova isə Travmatologiya İnstitutuna yerləşdirilib və orada dünyasını dəyişib.


Teqlər:





Xəbər lenti