Habil Əliyevin səhhəti pisləşdi

Habil Əliyevin səhhəti pisləşdi
  06 İyun 2014    Oxunub:1094
Azərbaycanın Xalq artisti, məşhur kaman ustası Habil Əliyev xəstəxanaya düşüb.
APA TV-nin məlumatına görə, 5 gün əvvəl vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib və həkimlərin məsləhəti ilə bu tibb ocağına yerləşdirilib.

Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir.

Xalq artistinin qızı iyunun 5-də axşam saatlarında atasını xəstəxanadan evə aparıb.

Qeyd edək ki, bir neçə gün öncə Habil Əliyevin 87 yaşı tamam olub.


Teqlər:  





Xəbər lenti