“Narahat olmayın, yaxşıdır” – Habil Əliyevin xanımıı

“Narahat olmayın, yaxşıdır” – Habil Əliyevin xanımıı
  06 İyun 2014    Oxunub:1162
“Hal-hazırda Habil müəllimin səhhəti yaxşıdır. Narahatçılığa ehtiyac yoxdur”.
Bu barədə AzVision.az-a açıqlamasında Xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyə Əliyeva məlumat verib.

Sənətkarın ömür-gün yoldaşı bildirib ki, H.Əliyev ötən gün xəstəxanadan evə gətirilib, hazırda səhhəti normaldır, özünü yaxşı hiss edir.

“Xəstəxanadan dünən çıxarmışıq. Həkimlər müayinə etdilər. Bir az ürək, ağciyər çatışmazlığı var idi. Tibbi yardım göstərildi. Hazırda evdədir. Yaxşıdır Allaha şükür. Onun səhhətində elə bir problem yoxdur, sadəcə bu yaxınlarda qardaşı rəhmətə getmişdi. Onun yasında Habil müəllimə soyuq olub. O vaxtdan narahatçılığı vardı”-deyə sənətkarın həyat yoldaşı qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, məşhur kaman ustası Habil Əliyevin səhhətində problem yaranıb. O, Bakı Sağlamlıq Mərkəzinə aparılaraq həkim müayinəsindən keçib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti