Masallıda baş verən qəzada 1 nəfər xəsarət alıb

Masallıda baş verən qəzada 1 nəfər xəsarət alıb
  06 Sentyabr 2023    Oxunub:1200
Masallıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Masallı rayonu ərazisində qeydə alınıb. "Tatra" markalı yük avtomobili ilə "Audi" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilin sürücüsü ağır xəsarət alıb. Xəsarət alan sürücü Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)


Teqlər:



Xəbər lenti