Laçında avtoqəza:Yaralılar helikopterlə Bakıya gətirilib

 Laçında avtoqəza:Yaralılar helikopterlə Bakıya gətirilib
  07 Sentyabr 2023    Oxunub:1882
Sentyabr ayının 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan "AbCon" QSC-yə məxsus podratçı şirkətin 3 əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.








AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti