Yeni tədris ili ilə bağlı sürücülərə müraciət
Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır.
"Qeyd olunanları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ətrafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilə təbrik edir, onlara tədris ilində uğurlar arzulayır. Sonda isə mövzu ilə bağlı ekspertlərin də sürücülərə müraciətini təqdim edirik", - müraciətdə qeyd olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


