Əfqan vətəndaşları sərhədi pozmaq istədilər - FOTO+VİDEO

   Əfqan vətəndaşları sərhədi pozmaq istədilər -  FOTO+VİDEO
  08 Sentyabr 2023    Oxunub:1840
Sentyabrın 5-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.
DSX- dan AzVision.az - a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və ərazidə axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.

Keçirilmiş kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində sərhəd pozucularının Əfqanıstan İslam Respublikası vətəndaşları 1997-ci il təvəllüdlü Azhar Nukhtar və 2003-cü il təvəllüdlü Sardar Wali Samsoor olmaları müəyyən edilərək saxlanılmaları həyata keçirilib.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozmaları müəyyən olunub.

Fakt üzrə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AzVision.az

Qalereya




Teqlər: Sərhəd  



Xəbər lenti