Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

   Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
  09 Sentyabr 2023    Oxunub:1620
Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti