Şahdağa qar yağıb

   Şahdağa qar yağıb
  09 Sentyabr 2023    Oxunub:1467
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Xidmətdən AzVision.az -a verilən xəbərə görə, Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti