Bakıda sürücü avtobus sürərkən canlı yayım açdı, işdən çıxarıldı - VİDEO

  Bakıda sürücü avtobus sürərkən canlı yayım açdı, işdən çıxarıldı -   VİDEO
  10 Sentyabr 2023    Oxunub:1580
Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.
Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.



AzVision.az


Teqlər:



Xəbər lenti