"İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır" - General

   "İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır" -    General
  10 Sentyabr 2023    Oxunub:1833
İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır.
Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.

Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir: "Nümayəndə heyətinin iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.

AzVision.az




Teqlər:



Xəbər lenti