Yeddi şəhərdə su problemi yaranıb

Yeddi şəhərdə su problemi yaranıb
  11 Sentyabr 2023    Oxunub:1322
Azərbaycanın Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərində, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsində yaşayan abonentlərə içməli suyu qənaətlə istifadə etmək tövsiyə olunur.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Belə ki, sözügedən ərazilərə içməli su məhdudiyyətlərlə verilir.

Bunun səbəbi son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın həddən artıq yüksək olması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcminin xeyli azalmasıdır. Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:



Xəbər lenti