Həmkəndlisini öldürən şəxsin işi məhkəməyə göndərilib

Həmkəndlisini öldürən şəxsin işi məhkəməyə göndərilib
  11 Sentyabr 2023    Oxunub:1050
Bu il mayın 27-də Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1985-ci il təvəllüdlü Şamo Əzimovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə AzVision.az -a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib. İbtidai istintaqla 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Şamo Əzimova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Aslanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:



Xəbər lenti