"Paşinyan yenə də özünü qəzet rəhbəri kimi aparır" - Deputat
Deputat deyib ki, kim onun sözünü ayrı cür yozursa, özü bilər:
“Jurnalist olmağı Paşinyan üçün qəbahət deyil. Sadəcə, ölkə başçısı olaraq jurnalistdən əlavə, yaxşı siyasətçi də olmalı idi. Təəssüf ki, o siyasətçi ola bilməyib. Təbliğatla da siyasəti qarışdırmaq olmaz. Belə baxanda Uinston Çörçill də jurnalist olub. Amma sonra siyasi bilikləri onu dünya səviyyəli Çörçill edib.
Paşinyan isə təəssüflər olsun ki, əvvəlki səviyyəsindən yuxarı qalxa bilməyib. O yenə də özünü qəzet rəhbəri kimi aparır. Halbuki dediyi sözün, qəbul etdiyi qərarların məsuliyyətini hiss etməlidir. Bu gün bir söz deyir, sabah başqa söz. Belə bir şeyi qəzetçi edə bilər, çünki onun üçün tiraj vacibdir. Amma siyasətçi bunu etməli deyil, sözünün daha ağır çəkisi var. Mənim dediyimi də kim ayrı cür yozursa, özü bilər. Jurnalist olmaq böyük qəbahət deyil, ancaq siyasətçi olmusansa, bunun haqqını verməlisən”.
AzVision.az
Teqlər: RasimMusabəyov







Vaxtında, Aydın, Lazımlı!


