Azərbaycanda bu kənddə ehsan verilməyəcək

   Azərbaycanda bu kənddə ehsan verilməyəcək
  11 Sentyabr 2023    Oxunub:1442
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin ümumi razılığı ilə vəfat edən şəxslərə 3, 7 və 40 yas mərasimlərində ehsan verilməsi qadağan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvanda yaşayan jurnalist Sara Əzimova özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Jurnalist yazıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda digər sakinlər iştirak etməyəcək.

Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Deputat Fazil Mustafa "faceook" paylaşımında bu qərarı dəstəklədiyini bildirib: "Burada bir elan qarşıma çıxdı, çox ağıllı və faydalı bir təklif verilib. Şərur rayonu Mahmudkənd ağsaqqalları qərar qəbul ediblər ki, bundan sonra yasda yemək ehsanı verilməsin. Ürəyimcədir, vacibdir, alqışlayıram, dəstəkləyirəm. Sadəliyi sevən, yekəxana olmayan, özündən yeni bir İslam dini kəşf etməyən, ölüsünə ancaq yeməklə savab qazandırmaq istəməyən hər bir ağıllı insan üçün bir örnək davranışdır.

Bununla belə, hər kəsin israfçılıq etmək, özünə lazımsız sıxıntı yaratmaq, öz ağlını mollanın ağlına təslim etmək, xeyli xərc çəkib verdiyi bir neçə növ yemək ehsanı ilə lovğalanmaq hüququ saxlanılır", - deyə deputat vurğulayıb.


AzVision.az


Teqlər:



Xəbər lenti