Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Xankəndiyə çatıb

   Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Xankəndiyə çatıb
  12 Sentyabr 2023    Oxunub:1399
Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb.
AzVision.az xəbər verir ki, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.

Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.

AzVision.az


Teqlər: Qarabağ  



Xəbər lenti