"Düşmənlərim çox oldu" - Surət Hüseynovun məzar daşında yazılanlar+ Foto

   "Düşmənlərim çox oldu" -    Surət Hüseynovun məzar daşında yazılanlar+ Foto
  12 Sentyabr 2023    Oxunub:2290
Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq Baş nazir Surət Hüseynova məzardaşı qoyulub.
AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Fotoda diqqət çəkən məqam başdaşına S. Hüseynovun milli qəhrəman olmasının qeyd edilməsi ilə yanaşı: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!” - sözlərinin də yazılması olub.

Xatırladaq ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, 1994-cü ildə Milli Qəhrəman adından məhrum edilib.



AzVision.az


Teqlər:



Xəbər lenti