Daimi nümayəndəlik: "Ermənistan təxribatlarını intensivləşdirib"
Bəyanatda vurğulanıb ki, Ermənistan ABŞ, Rusiya, Avropa İttifaqı və digər beynəlxalq aktorların iştirakı ilə aparılan danışıqlarda yaxşı niyyətlə iştirakdan qaçır, qeyri-səmimi davranır və əvvəllər əldə edilmiş anlaşma və razılaşmaları baltalayır.
Vurğulanıb ki, Ermənistanın bir məqsədi var, o da Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, hərbi, siyasi, maliyyə və digər yollarla davam etdirməkdir.
Qeyd olunub ki, Ermənistan tərəfi məsələlərin danışıqlar masasında həll edilməsində maraqlı deyil və "blokada", "humanitar" böhran kimi saxta və əsassız ittihamlar səsləndirir.
Vurğulanıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 15 iyun tarixindən bəri həyata keçirdiyi 27 əməliyyat nəticəsində ümumilikdə 520 erməni sakinin Ermənistana səfəri, 380 nəfərin isə Qarabağa qayıdışı təmin edilib. Bu əməliyyatlar üçün hər iki istiqamətdə BQXC-nin avtomobillərinin 425 dəfə keçidi təmin edilib.
Sənəddə qeyd olunub ki, son günlərdə Ermənistan tərəfinin hərbi təxribatları intensivləşdirdiyi, Azərbaycanla delimitasiya edilməmiş sərhəd boyunca və Qarabağda qüvvələr cəmləşdirdiyi müşahidə edilir.
Vurğulanıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan daha əvvəl Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi büyövlüyünü tanıdığını bəyan etsə də, marionet rejimin "yubileyi" münasibətilə "təbrik mesajı" ünvanlayaraq son dərəcə təxribatçı davranışa yol verib.
Vurğulanıb ki, Ermənistanın ATƏT-də akkreditə olunmuş nümayəndəliyi də daxil olmaqla diplomatik missiyaları rəsmi İrəvanın Azərbaycanın ərazi büyövlüyü və suverenliyini tanıdığını bəyan etməsinə baxmayaraq qanunsuz rejim adından müxtəlif kağızlar paylamağa davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


