Nazirlik əlillərlə yardım etdi

Nazirlik əlillərlə yardım etdi
  09 İyun 2014    Oxunub:926
Əlilliyi olan şəxslər 8400-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, yanvar-may aylarında Azərbaycan Respublikasının ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 6782 ədəd müxtəlif növ reabilitasiya vasitəsi, o cümlədən 149 ədəd əlil arabası əlilliyi olan şəxslərə təqdim edilib.

Həmçinin müxtəlif növlərdə ümumilikdə 1298 ədəd protez-ortopedik məmulat hazırlanaraq əlilliyi olan şəxslərin istifadəsinə verilib. Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 353 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir olunub.

Beləliklə, son 5 ay ərzində ƏƏSMN-nin qeyd olunan müəssisələri tərəfindən əlilliyi olan şəxslər ümumilikdə 8433 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib.


Teqlər:





Xəbər lenti