Ağdaşda su kanalından “Kalaşnikov” tapıldı

Ağdaşda su kanalından “Kalaşnikov” tapıldı
  13 Sentyabr 2023    Oxunub:1303
Ağdaşda “Kalaşnikov” avtomatı tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xosrov kəndi ərazisindəki su kanalından nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti