Vasif Tağıyevin vəziyyəti açıqlandı

   Vasif Tağıyevin vəziyyəti açıqlandı
  13 Sentyabr 2023    Oxunub:1285
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.
Vasif Tağıyevin anası Təranə Tağıyeva Pravda.az-a oğlunun səhhəti barədə məlumat verib. “Vasif indi bir az yaxşıdır. Hələ tikişləri tam sökülməyib. Yavaş-yavaş səhhəti düzəlir. Hələ işə çıxmır”, - deyə o bildirib.

Xatırladaq ki, V.Tağıyev terror nəticəsində çiynindən və üzündən güllə yarası alıb. Çiyni sağalsa da, çənəsindəki problem ciddi olduğundan bir neçə dəfə əməliyyat edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti