Laçında ekskavator tank əleyhinə minaya düşüb

   Laçında ekskavator tank əleyhinə minaya düşüb
  13 Sentyabr 2023    Oxunub:1305
Laçında ekskavator tank əleyhinə minaya düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı AzVision.az -a bildirilib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti