19 yaşlı arvadını bıçaqlayan şəxs saxlanıldı

   19 yaşlı arvadını bıçaqlayan şəxs saxlanıldı
  13 Sentyabr 2023    Oxunub:1184
Xəbər verdiyimiz kimi, ötən gün Qobu qəsəbəsində 19 yaşlı A.Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev AzVision.az -a bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb:

“Hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması məhkəməyə göndəriləcəkdir”.

AzVision.az



Teqlər:



Xəbər lenti