Əmək müqavilələrinin sayı 350 mindən çox artıb

Əmək müqavilələrinin sayı 350 mindən çox artıb
  14 Sentyabr 2023    Oxunub:881
Azərbaycanda 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350 888, qeyri-neft sektorunun özəl bölməsində isə 331 018 artıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsi hesabında yazıb. "Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5 %-dən 49,7 %-ə çatıb", - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti