Arvadını qısqanan ər onu boğub öldürdü

   Arvadını qısqanan ər onu boğub öldürdü
  14 Sentyabr 2023    Oxunub:1257
Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 49 yaşlı Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 63 yaşlı Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti