Yeni rektor kollektivə təqdim olundu - Foto

Yeni rektor kollektivə təqdim olundu -    Foto
  14 Sentyabr 2023    Oxunub:1094
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru vəzifəsinə təyin edilən Yaqub Piriyev bu gün müəssisə kollektivinə təqdim olunub.
AzVision.az xəbər verir ki, tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yaqub Piriyevin təhsil sistemindəki səmərəli fəaliyyətini vurğulayıb və göstərilən yüksək etimadı doğruldacağına əminliyini ifadə edib.

BMU-nun yaradılması tarixi və fəaliyyətinə toxunan nazir müavini sözügedən ali təhsil müəssisəsinin ölkəmizin sosial-iqtisadi inkişafında müstəsna rolunun olduğunu deyib. BMU-da yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması üçün icra olunan ikili diplom proqramı və digər layihələrə diqqət çəkən Firudin Qurbanov yeni rektorun qarşısında duran məqsəd və vəzifələri vurğulayıb.

Qeyd edək ki, Y. Piriyev ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib. O, daha əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.

AzVision.az


Teqlər:



Xəbər lenti