Müdafiə Nazirliyi Ermənistanın açıqlamasını təkzib edib

   Müdafiə Nazirliyi Ermənistanın açıqlamasını təkzib edib
  15 Sentyabr 2023    Oxunub:783
Sentyabrın 14-ü saat 22:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - hərbi qurum diqqətə çatdırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti