Ana 32 yaşlı oğlunu bıçaqladı

   Ana 32 yaşlı oğlunu bıçaqladı
  15 Sentyabr 2023    Oxunub:850
Tərtər rayonunda ana oğlunu bıçaqlayıb.
AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.

Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb. X.İmanova polis tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti