Sentyabr döyüşləri: Bu istehkam 20 dəqiqəyə alınmışdı - FOTOLAR
Bundan başqa, bölgədə praktik olaraq Murovdan Araza qədər bütün strateji yüksəkliklər nəzarətimizə keçdi. İndi Ermənistanın bütün cənub zonasını adi gözlə tam müşahidə etmək olur.
Eyni zamanda, Kəlbəcəri gözləyən hərbi təhlükə aradan qaldırıldı.
Təqdim etdiyimiz fotolarda Kəlbəcərdəki Kömür (Gömür) dağının sol cinahındakı 2816 metr hündürlüyündə yaradılmış keçmiş erməni mövqelərini görürsünüz. 2022-ci ilin sentyabr ayının əvvəlində Kömür dağın sol ətəyində qurulan bu düşmən istehkamı "Qətiyyətli cavab" qisas əməliyyatı zamanı cəmi 20 dəqiqəyə bölmələrimizin nəzarətinə keçmişdi...
Fotolar 2022-ci ilin oktyabrında çəkilib.
"Qətiyyətli cavab" əməliyyatından sonra Laçından çəkilmiş fotolara buradan baxa bilərsiniz.
Hans Kloss
AzVision.az üçün
Teqlər: “Qətiyyətli-cavab”