Hərbçimiz bədbəxt hadisə nəticəsində ölüb

   Hərbçimiz bədbəxt hadisə nəticəsində ölüb
  15 Sentyabr 2023    Oxunub:1091
Azərbaycan ordusunun hərbçisi həlak olub.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağayev Rüfət 15 ayın əsgəri olub. Hazırda Bakının Binə qəsəbəsində yerləşən qəbiristanlıqda onun dəfn mərasimi keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti