"Əminəm ki, Azərbaycan və Rusiya “3+3” formatında məsələləri həll edə biləcəklər"

   "Əminəm ki, Azərbaycan və Rusiya “3+3” formatında məsələləri həll edə biləcəklər"
  16 Sentyabr 2023    Oxunub:1187
2022-ci il fevralın 22-də imzalanan ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir və onların inkişafına ciddi impuls verir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın TASS agentliyinə geniş müsahibəsində deyib. Onun sözlərinə görə, iki dövlət arasında münasibətlər, hətta mövcud mürəkkəb geosiyasi şərtlərdə də möhkəmliyini qoruyub saxlayır.

"Əminəm ki, Azərbaycan və Rusiya birgə səylərlə ən çətin regional, o cümlədən regional məsələlərin region dövlətləri tərəfindən həllini nəzərdə tutan “3+3” formatında məsələləri həll edə biləcəklər. Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu ilin birinci yarısının məlumatları əmtəə dövriyyəsində böyük artım olduğunu, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığın davam etdiyini göstərir.

Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlayır və ölkəmizdə hər il olduğu kimi, şagird və tələbələrin rus dilində təhsil almasına böyük tələbat müşahidə olunur. Həm də rus dilinin öyrənilməsinə maraq ildən-ilə artır. Qeyd etməliyəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın yerinə yetirilməsi üçün bütün zəruri şəraiti yaradır".

AzVision.az


Teqlər:



Xəbər lenti