Hikmət Hacıyev sülh prosesi üçün başlıca maneəni açıqladı

   Hikmət Hacıyev sülh prosesi üçün başlıca maneəni açıqladı
  16 Sentyabr 2023    Oxunub:1443
İndi sülh prosesi üçün başlıca maneə Ermənistanın bizim ərazimizdə qanunsuz rejimi maliyyə və hərbi-siyasi yolla dəstəkləməyə davam etməsidir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın TASS agentliyinə geniş müsahibəsində deyib. Onun sözlərinə görə, məhz Xankəndidəki qanunsuz rejim eyni vaxtda Ağdam və Laçın yollarını bloklayır, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara-irqçi motivlərlə əsaslandırır:

"Qanunsuz rejim, həmçinin Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağda yaşayan erməni etnik azlığı arasında danışıqlara əngəl törədir, baxmayaraq ki, Bakı onları dəfələrlə bu təmaslara dəvət edib. Ermənistanın Qarabağda bizim erməniəsilli 30 min vətəndaşımızı girov saxlayan qanunsuz rejimin dəstəklənməsi siyasətinə son qoyulmalıdır".

AzVision.az


Teqlər:



Xəbər lenti