Erməni silahlıları səngər yolları qazmağa cəhd göstəriblər

   Erməni silahlıları səngər yolları qazmağa cəhd göstəriblər
  17 Sentyabr 2023    Oxunub:1670
Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti