Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğradı

Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğradı
  17 Sentyabr 2023    Oxunub:1907
Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarının söndürülməsində iştirak edən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.
AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, helikopterlə ilə əlaqə ötən gün saat 23.53-də kəsilib. Araşdırmalar nəticəsində helikopterin su götürərkən Tahtalı bəndinə düşdüyü müəyyən edilib.

Qəza zamanı helikopterdə 4 nəfər olub. Onlardan biri xilas edilib, digər üç nəfərin axtarışları isə davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti