"İtkin düşənlərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb"

   "İtkin düşənlərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb"
  17 Sentyabr 2023    Oxunub:1436
İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb. Bu, eyniləşdirmə üçün vacibdir. Lakin qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir.
AzVision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

Bu prosesin uzun çəkə biləcəyini vurğulayan qurum rəsmisi qeyd edib: "Prosesə təcrübəli ekspertlər cəlb olunub. Biz vətəndaşlarımız çoxsaylı müraciətləri əsasında təhlillər aparırıq".

AzVision.az


Teqlər:



Xəbər lenti