İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb

   İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb
  17 Sentyabr 2023    Oxunub:992
İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur. Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə söyləyib.

Ermənistanın bu mövzuda da qeyri-konstruktiv addımlar atdığını, koordinatları Azərbaycan tərəfinə vermədiyini bildirən H.Mikayıllı deyib ki, Azərbaycanda az qala hər ay kütləvi məzarlığın aşkarlanmasına baxmayaraq, insan hüquqları təşkilatı hansısa reaksiya göstərmir.

AzVision.az


Teqlər:



Xəbər lenti