Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi

  Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi
  17 Sentyabr 2023    Oxunub:1498
Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib.
AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.

Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.

Xatırladaq ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı.

AzVision.az


Teqlər:



Xəbər lenti