Ukraynanın eks baş naziri: “Ordu uğursuz əks-hücumdan müdafiəyə keçir”

   Ukraynanın eks baş naziri:    “Ordu uğursuz əks-hücumdan müdafiəyə keçir”
  18 Sentyabr 2022    Oxunub:247
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov sosial şəbəkələrdə bildirib ki, Ukrayna Silahlı Qüvvələri uğursuz əks-hücumdan müdafiəyə keçir və bu, onun fikrincə, hücum potensialının tamamilə itirilməsindən xəbər verir.
Azarov hesab edir ki, Ukrayna ordusunun uğursuz əks-hücum əməliyyatı dövlət başçısı Volodimir Zelenskiyə ciddi zərbə vurub. “İndi Bankovada onlar Baş Qərargahdan əks-hücumdan əvvəl Ukrayna Silahlı Qüvvələrini silahlandıran Qərb tərəfdaşlarına hesabat vermək üçün dərhal cəbhədə uğur nümayiş etdirməyi tələb edirlər”.

Nikolay Azarov qeyd edib ki, Kiyevin tərəfdaşlarına nümayiş etdirəcək heç nə yoxdur, baxmayaraq ki, Ukrayna Silahlı Qüvvələri artıq Qərb silahlarının yarıdan çoxunu istifadə edib, əks-hücum zamanı isə həmin silahların ən azı beşdə birini itirib.

“İndi Ukrayna Silahlı Qüvvələri hücumdan müdafiəyə keçir və bu, hücum potensialının tamamilə itirilməsindən xəbər verən həyəcanverici siqnaldır. Qərbdə yavaş-yavaş belə bir anlayış yaranır ki, Ukraynanın heç bir planı yoxdur, Kiyev isə öz tərəfdaşlarını sözün əsl mənasında aldadıb”.

AzVision.az


Teqlər:



Xəbər lenti