Umayra Tağıyeva: “Su qıtlığı problemi aktuallığını itirməyəcək”
“Son illərdə davamlı olaraq quraqlıqlarla üzləşdik. Problemlər kifayət qədər çox idi. Bu il iqlim dəyişmələrinin nə qədər təzadlı olmasını gördük. Bütün müşahidə sırasını təhlil etsək, ən rekord göstəricilər bu il qeydə alındı. Yəni, ötən illə müqayisədə üç dəfə çox sel daşqınları oldu. Sentyabr ayına qədər 145 daşqın, sel hadisəsi qeydə alındı”.
Onun sözlərinə görə, bəzi bölgələrdə müəyyən aylarda bir gün ərzində aylıq normadan iki dəfə çox yağıntı düşür:
“Bəzi ərazilərdə, o cümlədən Hacıqabul rayonunda yağıntılar normadan xeyli azdır. Hacıqabulda səkkiz ay ərzində cəmi bir dəfə yağıntının miqdarı normaya yaxın olub. İyulda normanın 178 faizini təşkil edib. Digər aylarda normadan az, bəzi aylarda isə yağıntı, ümumiyyətlə, qeydə alınmayıb. Alimlərin proqnozu təəssüflər olsun ki, özünü doğrultmaqdadır. Bu il daşqınların baş verməsinə baxmayaraq, su qıtlığı problemi aktuallığını itirməyəcək. Sadəcə, biz artıq yeni reallığa uyğunlaşma yollarını axtarıb tapmalıyıq”.
AzVision.az
Teqlər: